2c19803b1cd5c0c56ecd30faedb26eaf.png
03, Fev

Yinilənmə

Hörmətli oyunçular, növbəti yenilənmiş versiyanı artıq yükləyə bilərsiniz. Bu yenilənmə çərçivəsində Windows 10 dəstəyi əlavə olunub. Bundan əlavə, oyunun İnternet vasitəsilə oynanılması imkanı yenidən bərpa olunub (bəzi hallarda NAT-da UDP protokolu üzrə 27090, 27095 və 27096 portlarının forwarding-i tələb oluna bilər).


23, Dek

Çempionatın keçirilməsi

Hörmətli kompyuter oyunlarının həvəskərları!

Azərbaycan Kiber İdman Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Odlar Yurdu" oyunu üzrə çempionat keçirir. Tədbir dekabrın 28-də saat 11.00-da Park İnn otelinin "Dan ulduzu" zalında keçiriləcək.
Qeydiyyatdan keçməkdən ötrü aşağıdakı linkdən elektron qeydiyyat formasını yükləyib doldurun:
http://www.cybersport.az/tournaments/2015/OY/RegistrationForm2015OY.doc
Daha sonra doldurulmuş qeydiyyat formasını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yollayın. Qeydiyyat dekabrın 27-i saat 18:00-dək açıqdır.

Ardını oxu...

10, Dek

Serverlərin dəyişdirilməsi

Hörmətli oyun pərəstişkarları!

Böyük təəssüf hissi ilə Sizə bildirməliyəm ki, son bir il ərzində "Odlar Yurdu" oyununa internet-server xidməti göstərən şirkətin ləğvi ilə əlaqədar əməkdaşlığa birtərəfli xitam verildiyinə görə oyunun İnternet şəbəkəsi vasitəsilə fəaliyyəti müvəqqəti dayandırılıb.
Hal-hazırda mütəxəssislərimiz oyunun başqa serverə köçürülməsi üzərində işləyirlər. Bu proses yekunlaşan kimi oyunun İnternet vasitəsilə on-line fəaliyyəti yenidən bərpa olunacaq. Həmin vaxtadək oyunu yalnız lokal şəbəkədə davam etdirə bilərsiniz.
Müvəqqəti narahatçılığa görə Sizdən üzr istəyirik..